İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
15.08.2026 - 19:13
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatı davam edir. 

Apasport.az xəbər verir ki, yarışda Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) qızıl medal qazanıb.

O, yarımfinal mərhələsində Böyük Britaniyanı təmsil edən Daniel Enqliş ilə qarşılaşıb. Zəkiyev rəqibinə ipponla qalib gələrək finala yüksəlib.

Final görüşündə isə ispaniyalı Qarros Suarez üzərində ipponla qələbə qazanan idmançı Avropa çempionu tituluna sahib olub.

Bu nəticə ilə İlham Zəkiyev karyerasında 10-cu dəfə Avropa çempionu adını qazanıb.