İnkişaf proqramı çərçivəsində üçüncü seminar keçirilib
16.04.2025 - 23:24
İnkişaf proqramı çərçivəsində üçüncü seminar keçirilib

Bu gün Azərbaycan Cüdo Federasiyasının (ACF) cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı çərçivəsində Goranboyda üçüncü seminar baş tutub.

Apasport.az xəbər verir ki, budəfəki sessiyalarda atmaların 8 istiqaməti və boğucu fəndlər üzrə praktiki məşğələlər təşkil olunub.

Məşğələlər ACF-in təhsil üzrə ekspertləri İsmayıl Rzayev, Samir İsmayılov və Natiq Qurbanlı tərəfindən keçirilib. Seminarda Gəncə-Daşkəsən, Qarabağ və Şərqi Zəngəzur regionlarından olan məşqçi-müəllimlər iştirak ediblər.

Qeyd edək ki, proqram hər regionda 6 gün davam edəcək.