![İraqlı cüdoçu Paris-2024-dən diskvalifikasiya olundu](https://ww3.apasport.az/storage/news/2024/july/26/big/66a3c87428da766a3c87428da8172200971666a3c87428da566a3c87428da6.jpeg)
İraqlı cüdoçu Sehen Saccad (81 kq) antidopinq qaydalarını pozduğuna görə, Paris-2024 Yay Olimpiya Oyunlarında diskvalifikasiyaya məruz qalıb.
Apasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) məlumat yayıb.
Bu, Oyunlarda ilk dopinq cəzası kimi qeydə alınıb. 28 yaşlı idmançının iyulun 23-də verdiyi test müsbət olub. Onun qanında qadağan olunmuş metandion və boldenon maddələri tapılıb. Saccad olimpiadanın 1/16 finalında özbəkistanlı Şarofiddin Boltobayevlə qarşılaşmalı idi. Bu idmançının yolu 1/8 finalda Azərbaycan cüdoçusu Zelim Tçkayevlə kəsişə bilər.
Qeyd edək ki, qaydalara görə, İraq olimpiyaçısı Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib, B testinin nəticələrini istəmək hüququna malikdir.