İslam Oyunları: Hidayət Heydərov 1/4 finalda
08.11.2025 - 13:08
İslam Oyunları: Hidayət Heydərov 1/4 finalda

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları üzrə cüdo yarışları davam edir.

Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində döyüşən Olimpiya çempionumuz Hidayət Heydərov döşək üzərinə çıxıb.

Təmsilçimiz 1/8 final mərhələsində Hüseyn Aden-Aleksandr (Cibuti) ilə üz-üzə gəlib. Görüş idmançımızın qələbəsi ilə başa çatıb.

Digər təmsilçimiz Gültac Məmmədəliyeva (52 kq) isə ilk görüşdə türkiyəli Buketnur Karabuluta məğlub olub.

Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də olacaq