“Kata for All” festivalı başa çatıb
17.08.2025 - 23:35
Beynəlxalq Cüdo Federasiyası (IJF) Akademiyası və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Kata for All” festivalı başa çatıb.
Apasport.az xəbər verir ki, cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan festivalın son günündə IJF Akademiyasının təhsil direktoru Slavişa Bradiç və qurumun eksperti, Olimpiya çempionu Tina Trstenyakın rəhbərliyi ilə seminarlara həm məşqçilər, həm də bütün yaş qruplarından olan cüdoçular qatılıb.
Onlar öyrəndikləri texnikaları nümayiş etdirərək proqramın praktik hissəsini tamamlayıblar.
- Bakıda eşitmə qabiliyyəti məhdud olan cüdoçuların hazırlıq səviyyəsi yoxlanılıb
- Rüstəm Orucov erməni idmançını susdurdu
- Şamaxıda keçiriləcək "Milli Mətbuat – 150" minifutbol turnirinin təqdimatı baş tutub - FOTO
- Azərbaycan – İordaniya matçında türkiyəli hakimlər
- Ayxan Abbasov: “Mövsüm ərzində belə çətinliklər olacaq”
0
0