Konqolu nazir Bakıda cüdo üzrə təlim-məşq mərkəzində olub
25.09.2024 - 13:35
![Konqolu nazir Bakıda cüdo üzrə təlim-məşq mərkəzində olub](https://ww3.apasport.az/storage/news/2024/september/25/big/66f3d950272a666f3d950272a7172725691266f3d950272a466f3d950272a5.jpg)
Konqo Demokratik Respublikasının idman və mədəniyyət naziri Didye Budimbunun rəhbərlik etdiyi nümayəndə heyəti cüdo üzrə milli komandalar üçün təlim-məşq mərkəzində olub.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidməti məlumat yayıb.
Qonaqlara təlim-məşq mərkəzində idmançılar üçün yaradılan müasir şərait, həmçinin ACF-nin ölkəmizdə cüdonun inkişafı üçün həyata keçirdiyi işlər və layihələr haqqında məlumat verilib.
0
0