Millimiz Avropa Kubokunda dördüncü oldu
22.04.2024 - 11:56
![Millimiz Avropa Kubokunda dördüncü oldu](https://ww3.apasport.az/storage/news/2024/april/22/big/66261415e8e3066261415e8e31171377154166261415e8e2e66261415e8e2f.jpg)
Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.
Apasport.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.
Yarışın ikinci günündə Süleyman Şükürov (81 kq) gümüş medal qazanıb, Qədir Hüseynov isə 7-ci yerə çıxıb. Əjdər Bağırov (100 kq) qızıl, Nihad Şıxəlizadə (100 kq) və Ramazan Əhmədov (+100 kq) bürünc mükafat əldə edib.
0
0