Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə baş tutacaq sınaqda 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hər kəs iştirak edə bilər.
Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə daxili yarışlarda iştirak üçün zəruridir. İmtahan oktyabrın 31-də Naxçıvan Olimpiya İdman Kompleksində baş tutacaq.
- "Fulhem" 35 milyon avroya müdafiəçi alıb
- "Trabzonspor"dan “Qalatasaray”a: Okan Buruk türk futbolçunu istəyir
- Tural Axundov: "İlqar Nadiri ilə işləməkdənsə, klubsuz qalaram, daha yaxşıdır" - Müsahibə
- "Mançester Siti"nin müdafiəçisi "Borussiya Dortmund"a keçəcək
- Bəxtiyar Musayev: "Qarabağ"ın belə aciz qaldığını heç vaxt görməmişdim"