6-7 iyun tarixlərində Estoniyanın paytaxtı Tallində cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilir ki, ölkəmiz yarışda yeddi çəki dərəcəsində 10 qadın cüdoçu ilə təmsil olunacaq.
Heyətə qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcək.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq turnirdə 35 ölkədən 261 idmançı mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri, “A” kateqoriyalı hakimlər Arzu Acalova və Rəşad Əliyev də yer alacaq.
Qadınlar
48 kq
Şəfəq Həmidova
Diana Tçkayeva
52 kq
Gültac Məmmədəliyeva
57 kq
Ülviyyə Bayramova
Gülnarə Bayramova
63 kq
Fidan Əlizadə
70 kq
Aytac Qardaşxanlı
Südabə Ağayeva
78 kq
Nərmin Əmirli
+78 kq
Madina Kaisinova