Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycan millisinin 3 təmsilçisi mübarizəyə start verib.
73 kq çəki dərəcəsində Hidayət Heydərov Portuqaliya təmsilçisi Otari Kvantidze ilə qarşılaşıb. Olimpiya çempionumuz mübarizəni 1/16 finalda dayandırıb.
Eyni çəki dərəcəsində Rəşid Məmmədəliyev isə günə uğurlu start verib. O, BƏƏ-ni təmsil edən Kazbek Naquşevə qalib gəlib.
57 çəki dərəcəsində Fidan Əlizadə serbiyalı Marika Perişiçlə üz-üzə gəlib. O, mübarizədə məğlub olaraq yarışla vidalaşıb.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 10 çəki dərəcəsində 13 cüdoçu ilə təmsil olunur.
- Aslan Kərimov: "Qırmızı vərəqədən sonra "Neftçi"nin şansı yox idi"
- “Dortmund”un hücumçusu Premyer Liqa klublarının hədəfində
- Elvin Məmmədov: "Vaxt gedir, kimlərsə əlini daşın altına qoymalıdır"
- “Qarabağ”la “Neftçi”nin oyunlarının hakimləri açıqlanıb
- "Kəpəz"in yeni transferi: “Gəncəni belə görmək məni sevindirir"