07-13 may tarixlərində Serbiyanın Novi-Sad şəhərində sambo üzrə kişilər, gənclər və yeniyetmələr arasında Avropa çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, turnirdə ölkəmizi 3 yaş qrupu üzrə ümumilikdə 22 idmançı və 2 məşqçi təmsil edəcək.
Böyüklər arasında Elvin Bağırov (64 kq), Adil Adilzadə (79 kq), Aydəmirov Rəsul (98 kq), Nicat Məmmədli (58 kq), Hacalı Qasımov (71 kq), Ağani Məmmədov (88 kq), Sabir İsayev (+98 kq) mübarizə aparacaqlar.
Gənclər arasında Murad Fətullayev (58 kq), Nicat Rəhimov (64 kq), Xudabaxış Əliyev (71 kq), Pünhan Göyüşov (79 kq), Sadiq Zeynallı (88 kq), Şahin Əsədov (98 kq) və Orxan Məcidli (+98 kq) ölkəmizi təmsil edəcəklər.
Yeniyetmələrin yarışında isə İsmayıl Əlipənahov (53 kiloqram), Ziyəddin Zeynallı (58 kiloqram), Nicat Süleymanlı (64 kiloqram), Mikayıl Əmirov (71 kiloqram), Roman Qarayev (79 kiloqram), Əli Əliyev (88 kiloqram), Ramal Cavadov (98 kiloqram) və Hacbaba İmaməliyev (+98 kiloqram) qüvvəsini sınayacaq.
Komandalara kişilərdən ibarət millinin baş məşqçisi Vahid Tarverdiyev və gənclərdən ibarət yığmanın çalışdırıcısı Bəxtiyar Hacıyev rəhbərlik edəcəklər.
- “Çelsi”nin müdafiəçisi “Bavariya” hədəfində
- İngiltərə – İsveçrə matçının ən yaxşı oyunçusu
- Şahruddinin komandası “Qalatasaray”la matça itkilərlə çıxacaq
- Güləşçilərimiz “Çempionlar” turnirinin son günündə 2 medal qazanıb
- Boksçularımız “Heydər Əliyev Kuboku 2026” beynəlxalq turnirində 45 medal qazanıblar