Airbadminton üzrə milli komandamız dünya çempionatına vəsiqə qazanıb
09.09.2025 - 15:47
Azərbaycanın airbadminton millisi dünya çempionatına vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, Bakıda keçirilən Airbadminton üzrə Avropa çempionatında komanda yarışında qitənin ən güclü 2-ci komandası adını qazanan milli bu il dekabrın 11-dən 14-nə qədər Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində keçiriləcək dünya çempionatında iştirak hüququ əldə edib.
Qeyd edək ki, dünya çempionatında Avropadan Azərbaycandan başqa son çempion Almaniya və Bakıda keçirilən qitə çempionatının üçüncü olan Bolqarıstan təmsil olunacaq.
- 6 qolluq matçda qalib müəyyənləşmədi - YENİLƏNİB
- Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan Vəli İsrafilovu təbrik edib
- Mundialda gümüş medal
- Nəriman Axundzadənin komandası yeni mövsüm üçün məşqçilər heyətini açıqlayıb
- Ferran Torres finalın ən yaxşısı seçildi – Şakira ilə qeyd etdi
0
0