UEFA Çempionlar Liqasında oynayacaq “Araz-Naxçıvan” heyətini gücləndirib.
Apasport.az xəbər verir ki, Azərbaycan çempionu braziliyalı futzalçı Aleksanderson Teyşeyra Barbosanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, oyunçu ilə 1 illik müqavilə imzalayıb. 25 yaşlı futzalçı ötən mövsümü Qazaxıstanın “Jetısu” klubunda keçirib.
Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Naxçıvan klubu avqustun 27-də Şimali İrlandiyanın “Sparta" (Belfast), ertəsi gün Şotlandiyanın PYF, avqustun 30-da isə Avstriyanın “Ljuti” komandaları ilə qarşılaşacaq.
- De Byazi: "Uzaq məsafədən gəldiyi üçün Antonun hazır olmadığını düşündük"
- “Qarabağ” “Ferensvaroş”la ilk oyunda bərabərə qaldı - YENİLƏNİB
- Atletimiz beynəlxalq yarışda 2-ci olub
- Kiberpolis “Qarabağ” – “Çelsi” oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirib
- Qvardiola: “7:0 hesabı ilə qalib gəlməyə üstünlük verirəm”