Azərbaycan klubunun kapitanı UEFA-nın kursunda iştirak edir
18.08.2024 - 11:58
"Baku Fire” futzal klubunun kapitanı Elvin Quliyev UEFA-nın məşqçilər üçün nəzərdə tutulan B kateqoriyalı kursunda iştirak edir.
Apasport.az xəbər verir ki, Finlandiyada təşkil olunan kursda UEFA təlimçiləri həm nəzəri, həm də praktiki təlimlər keçir.
Kurs 3 mərhələdən ibarətdir. Növbəti seminar noyabrda, imtahan isə gələn ilin fevralında keçiriləcək.
Qeyd edək ki, bu, UEFA-nın futzal üzrə təşkil etdiyi ali kursdur.
- “Vilyarreal”ın müdafiəçi Premyer Liqa klubunda
- Sarı vərəqə limiti aradan qaldırılır? - FIFA-dan yeni qərar
- Çempionlar Liqasında rekord göstərici
- “Qızıl top”u qazanan 5-ci fransalı: “Ronaldonun ayrılığı mənə motivasiya verdi”
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
0
0