Azərbaycanlı qolfçu Qazaxıstanda çempion olub
07.08.2026 - 12:02
Azərbaycanlı qolfçu Emin Rzayev Qazaxıstanda keçirilən beynəlxalq turnirin qalibi olub.
Apasport.az xəbər verir ki, gənc idmançımız Almatıda təşkil olunan “Kazakhstan Junior Open 2026” turnirində bütün rəqiblərini geridə qoyaraq çempionluq sevinci yaşayıb.
“Stroke Play Gross” formatında iki gün davam edən yarışın yekununda Emin Rzayev 10 yaş kateqoriyasında 1-ci yeri tutub.
Qeyd edək ki, Rzayev ötən il də eyni turnirin qalibi olmuşdu.
- "Neftçi"nin yeni transferi: "Azərbaycanın ən böyük klubunda oynamaq üçün səbirsizlənirəm"
- Millimizin Avropa çempionatındakı oyun cədvəli bəlli olub
- Qaşım Maqomedov feyr-pley mükafatının sahibi olub
- Türkiyə millisində ciddi itki - DÇ-də iştirak etməyəcək - YENİLƏNİB
- "Neftçi" azarkeşlərinə görə ziyana düşüb
0
0