Badmintonçularımız İranda qızıl medal qazanıblar
27.01.2025 - 10:14
Azərbaycanın gənc badmintonçuları İran İslam Respublikasının Simnan şəhərində keçirilən beynəlxalq turnirdə iki kateqoriya üzrə fərqləniblər.
Bu barədə apasport.az-a Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Leyla Camalzadə - Həcər Nuriyeva tandemi 19 yaşadək idmançılar arasında qızıl medal əldə ediblər.
Ülvi Hüseynov - Əmirxan İmanov cütü isə müvafiq kateqoriya üzrə yarımfinala kimi irəliləyərək bürünc medala yiyələnib.
- AFFA Gəncə klubunun baş məşqçisini futboldan uzaqlaşdırıb
- İki parataekvondoçumuza “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib
- Bakıda Ümummilli Liderin xatirəsinə həsr olunmuş üzgüçülük turniri keçirilib
- Laurentsiu Regekampf: “Bəzən alovla oynayırıq” - MÜSAHİBƏ
- “Ayntraxt” 60 milyondan imtina etdi
0
0