İdmançılarımız MMA üzrə dünya çempionatında 8 medal qazanıblar
23.06.2025 - 14:56
Azərbaycan idmançıları Braziliyanın San-Paulo şəhərində keçirilən MMA üzrə dünya çempionatında uğurla çıxış ediblər.
Apasport.az xəbər verir ki, U-18 yaş qrupunda Adil Abuzərov (61.2 kq) qızıl, Məhəmməd Niftullayev (65.8 kq) gümüş medal qazanıb.
U-21 kateqoriyasında Elvin Qurbanov (56.7 kq), Əli Şərifov (74.9 kq) və Miramin Mirheydərzadə (70.3 kq) gümüş medala sahib çıxıblar.
Böyüklər arasında Sərdar Sərdarlı (65.8 kq) və Nihad Quliyev (74.9 kq) qızıl, Tofiq Niftəliyev isə (120.2 kq) bürünc medal əldə edib.
- UEFA klublarımıza 647 min 643 avro maliyyə vəsaiti ödəyib
- “Kopenhagen”in gənc ulduzu “Barselona”nın hədəfində
- 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsinə start veriləcək
- Qurban Qurbanovun “21”i: Poznandan Plzenədək
- AFFA Hakimlər Komitəsi "Sumqayıt" klubunun üzvləri üçün seminar keçirib
0
0