III MDB Oyunlarında iştirak edəcək Rusiya nümayəndə heyətinin ilk qrupu Azərbaycanda
24.09.2025 - 15:00
III MDB Oyunlarında iştirak edəcək nümayəndə heyətlərinin ölkəmizə gəlişi davam edir.
Apasport.az xəbər verir ki, bu gün Rusiyadan olan idmançılar Gəncə Beynəlxalq Hava Limanına eniş ediblər.
Onlar stolüstü tennis və atıcılıq idman növlərində mübarizə aparacaqlar.
Gəncə Beynəlxalq Hava Limanında qonaqları III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri və jurnalistlər qarşılayıblar.
Gəncəyə eniş etdikdən sonra idmançılar dərhal yarışların keçiriləcəyi şəhərlərə yola düşüblər.
- Elçin Məsiyevə UEFA-dan yeni təyinat
- Lamiyə Vəliyeva: "Medalımı Azərbaycan xalqına həsr edirəm"
- DÇ-2022: Qapıçı heyətdən çıxarıldı - Son anda
- “Qəbələ”nin daha bir futbolçusu Kipr klubuna keçir
- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
0
0