![Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək](https://ww3.apasport.az/storage/news/2025/february/03/big/67a0a48c6494867a0a48c64949173858113267a0a48c6494667a0a48c64947.jpeg)
5-7 fevral tarixlərində Bakıda Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışlarda müxtəlif bölgələrimizi təmsil edən 60-a yaxın idmançı mübarizəyə qoşulacaq.
Kişi və qadın oxatanlar örtülü salonda üç yaş kateqoriyası üzrə (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) hədəfi 18 metrdən nişan alacaqlar.
Turnirin proqramına əsasən, fevralın 5-də məşq sessiyaları və sıralama atışları baş tutacaq. Ayın 6-da çempionata start veriləcək və oxatanlar mübarizəyə başlayacaqlar. Nəhayət, 1/4 final mərhələsindən finala qədər davam edəcək yarışa fevralın 7-də yekun vurularaq qaliblərin mükafatlandırılma mərasimi keçiriləcək.
Üç gün davam edəcək turnirin açılış mərasimi 6 fevral saat 10:00-da Neftçilər prospekti, 26a ünvanında yerləşən Bakı İdman Sarayında (Dənizkənarı Milli Park) baş tutacaq.