Kərəmov kəmər uğrunda döyüşəcək
30.12.2024 - 18:04
![Kərəmov kəmər uğrunda döyüşəcək](https://ww3.apasport.az/storage/news/2024/december/30/big/6772a8b5249e76772a8b5249e817355675416772a8b5249e56772a8b5249e6.png)
Azərbaycanın və "Qəbələ" İdman Klubunun MMA döyüşçüsü Vüqar Kərəmov sabah növbəti sınağına çıxacaq.
Apasport.az xəbər verir ki, o, "Rizin" turnirində Yaponiya təmsilçisi Roberto Satoşi ilə üz-üzə gələcək.
Qarşılaşma Yaponiyanın Saytama şəhərindəki “Saytama Super Arena”da baş tutacaq. “Rizin49” çərçivəsində keçiriləcək kəmər döyüşündə 70 kq çəkidə çempionun adı bəlli olacaq.
Qeyd edək ki, Kərəmov "Rizin" çərçivəsindəki 8 döyüşdə 6 qələbə qazanıb. Ümumilikdə isə idmançımız 25 qarşılaşmada 20 dəfə qalib gəlib.
0
0