Millimiz 18-ci pillənin sahibi oldu
22.05.2025 - 13:32
Atıcılıq üzrə gənclər arasında keçirilən Dünya kuboku davam edir.
Apasport.az xəbər verir ki, Almaniyanın Sul şəhərində baş tutan yarışda qarışıq komandaların tapança ilə 10 m məsafədən atəş açma yarışı başlayıb.
Təsnifat mərhələsində 44 yığma hədəf önünə keçib. Leyli Əliyeva və Vladislav Kalmıkovdan ibarət Azərbaycan millisi 18-ci olub.
Vladislav 285, Leyli isə 275 xal toplaya bilib.
Qeyd edək ki, eyni növün fərdi yarışlarında Kalmıkov final mərhələsində 8-ci, Əliyeva təsnifatda 26-cı olub.
- İmaməddin Xəlilov “İlin ən yaxşı parataekvondoçusu” seçilib
- Roman Qriqorçuk: "Mustafa əsas transfer hədəflərimizdən biri idi"
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- İqor Rodriqes: “Qarabağ"ın Portuqaliyadakı qələbəsi məni təəccübləndirmədi" - Müsahibə
- Güləşçimiz DÇ-də 7-ci medalını qazanıb və yeni rekordçu olub
0
0