Millimiz Avropa Superfinalında
25.05.2025 - 20:46
Millimiz Avropa Superfinalında

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsində (EBSL) sonuncu oyununu keçirib.

Apasport.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan komandamız üçüncü görüşündə Litva yığması ilə qarşılaşıb.

İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş rəqibin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində hər üç qolu Orxan Məmmədov vurub.

Beləliklə, qrupu 5 xalla ikinci pillədə başa vuran Sahib Məmmədovun yetirmələri Avropa Superfinalına vəsiqə qazanıblar.

Millimiz sentyabrın 7-14-də İtaliyada təşkil olunacaq Superfinalda mübarizə aparacaq. 8 komandanın iştirakı ilə baş tutacaq yarışda ilk iki yeri tutanlar A Liqasına yüksələcəklər.

Qeyd edək ki, millimiz qrupun ilk iki matçında İngiltərəni 5:4, Belçikanı isə 11:2 hesabı ilə məğlub edib.