Millimiz Bosniya və Herseqovinaya qalib gəlib
03.05.2026 - 09:24
Millimiz Bosniya və Herseqovinaya qalib gəlib

Minifutbol üzrə milli komandamız Monteneqronun Herçeq Novi şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşü keçirib. 

Apasport.az xəbər verir ki, təmsilçimiz Bosniya və Herseqovina yığması ilə qarşılaşmada 6:1 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, komandamız burada Monteneqro və Qazaxıstan seçmələrinin iştirakı ilə keçiriləcək miniturnirdə də qüvvəsini sınayacaq.