Millimiz bu gün növbəti oyununu keçirəcək
03.04.2024 - 10:18
![Millimiz bu gün növbəti oyununu keçirəcək](https://ww3.apasport.az/storage/news/2024/april/03/big/660ced14b52e2660ced14b52e31712123156660ced14b52e0660ced14b52e1.jpg)
Qadın həndbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün V tura start veriləcək.
Apasport.az xəbər verir ki, 5-ci qrupda yer alan Azərbaycan millisi növbəti oyununa çıxacaq.
Yığma Şimali Makedoniyanı qəbul edəcək. Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 17:00-da başlayacaq.
Komandalar arasında Şimali Makedoniyada keçirilən görüşdə meydan sahibləri 40:17 hesablı qələbə qazanmışdılar.
Hazırda Azərbaycan millisi 2 xalla qrupda sonuncu – 4-cü pillədə yer alıb. Şimali Makedoniya isə 4 xalla ikincidir.
0
0