Millimiz dünya çempionatına məğlubiyyətlə başladı
25.04.2023 - 22:41
![Millimiz dünya çempionatına məğlubiyyətlə başladı](https://ww3.apasport.az/storage/news/2023/april/25/big/64482354652576448235465258168244923664482354652536448235465255.jpg)
Bu gün Bolqarıstanın Varna şəhərində inkişaf etməkdə olan ölkələr arasında kişi həndbolçuların IV dünya çempionatına start verilib.
Apasport.az xəbər verir ki, D qrupunda yer alan Azərbaycan millisi ilk yarış günündə meydan sahibi Bolqarıstanla qarşılaşıb. Görüş 29:19 hesabı ilə bolqarların xeyrinə başa çatıb.
Komandamız qrupda növbəti matçını Nigeriyaya qarşı keçirəcək. Yalnız qrup qalibləri yarımfinala vəsiqə qazanır.
Qeyd edək ki, çempionat aprelin 30-dək davam edəcək.
0
0