![Millimiz Portuqaliyanı darmadağın etdi - YENİLƏNİB](https://ww3.apasport.az/storage/news/2023/november/01/big/6541e056b9c436541e056b9c4416988160866541e056b9c416541e056b9c42.jpg)
Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinə start verilir.
Apasport.az xəbər verir ki, qrup mərhələsini lider tamamlayan Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.
Elşad Quliyevin kpmandası H qrupunu 2-ci pillədə başa vuran Portuqaliya seçməsi ilə üz-üzə gəlib.
Millimiz bu görüşdə qalib gələrək 1/4 final mərhələsinə adlayıb. Bu mərhələdəki rəqibimiz Bolqarıstan - İngiltərə görüşündən sonra bəlli olacaq.
Minifutbol üzrə dünya çempionatı, 1/8 final mərhələsi
Azərbaycan - Portuqaliya - 3:0
Qollar: Mirmehdi Rzayev 30, Elvin Əlizadə 45, Rəvan Kərimov 50