
Qadın həndbolçular arasında dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi davam edir.
Apasport.az saytının məlumatına görə, birinci raunddan mübarizəyə başlayan Azərbaycan yığması Portuqaliya ilə cavab görüşünü keçirib.
İki gün əvvəl baş tutan qarşılaşma kimi bu dəfə də rəqiblər Paredes şəhərinin “Multiusos de Paredes” arenasında üz-üzə gəlib. Yığmamız nominal meydan sahibi sayıldığı ilk qarşılaşmada olduğu kimi yenə də uduzub.
Bu dəfə rəqibinə müqavimət belə göstərə bilməyən millimiz fasiləyə 5:17 hesabı ilə geridə yollanıb. İkinci yarıda da üstünlüyü əldən verməyən pireneylilər 36:12 hesabı ilə qalib gəlib.
İlk görüşdə də 32:19 hesabı ilə qalib gələn meydan sahibləri ikinci mərhələyə yüksəlib. Komandamız isə mundial xəyalı ilə erkən vidalaşıb.
- "Fənərbaxça" Türkiyə milli komandasına oyunçu göndərməyəcək - Şok qərar
- Mixail Savin: “Qarabağ” bütün rəqiblərini parçalayır”
- Tahir Gözel: "Lazım olan transferləri gerçəkləşdirməyə hazıram"
- “Abşeron” boks klubunun yeni zalının açılışı olub
- Nuri Şahin addım-addım Super Liqaya doğru: İstanbul klubunu çalışdıracaq