İndoneziyanın Bali şəhərində MMA və qrapplinq üzrə dünya çempionatına start verilib.
Apasport.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin idmançıları iki medal qazanıblar.
16 yaşadək idmançılar arasında mübarizə aparan Əli Məmmədov dünya çempionu tituluna sahib çıxıb. 58 kq çəkidə qüvvəsini sınayan təmsilçimiz 1/4 finaldan başlayaraq çexiyalı Oliver Traqan, ukraynalı Yaşeslav Atlasov və neytral statuslu rusiyalı Maksim Dujakı məğlub edib.
Şamil Şərifzadə isə gənclərin 79 kq çəkidəki mübarizəsində fərqlənib. O, yalnız finalda uduzaraq gümüş mükafat əldə edib. Komandamız turnirə 6 idmançı ilə yollanıb.
- Yamal Fransaya meydan oxudu - “Onların qorxmalı olduğu komanda bizik”
- Bədii gimnastımız Dünya Kubokunda mübarizə aparacaq
- Milik üç il “Yuventus”da
- Nazir: "Legionerlərin sayını azaltmaq üçün federasiyalarla qarşılıqlı işləyirik" - Müsahibə
- "Milan"dan qovulan idman direktoru yenidən İtaliyada çalışa bilər