Para badmintonçumuz yarımfinala yüksəldi
19.04.2024 - 22:38
Para badmintonçumuz İbrahim Əliyev beynəlxalq turnirdə yarımfinala yüksəlib.
Apasport.az xəbər verir ki, o, bu uğura İspaniyanın Vitoriya şəhərində keçirilən kişi para badmintonçuların qoşa yarışında nail olub.
Sinqapur para badmintonçusu Tay Vey Minqlə birgə duet təşkil edən İbrahim qrup mərhələsini uğurlu çıxış edərək, pley-offa yüksəlib. Əliyev-Minq cütü 1/4 finalda Fransa təmsilçiləri Martın Baptiste-Sarrobert Klement tandeminə hər iki setdə qalib gəlib - 2:0 (21:13, 21:17).
Qeyd edək ki, idmançımız yarımfinal mərhələsində Hindistan təmsilçiləri ilə qarşılaşacaq.
- AFFA "Neftçi" və "Zirə"ni cərimələdi
- "İnter”in baş məşqçisi “Mançester Yunayted”ə keçə bilər
- “Makkabi”nin zədəliləri sağaldı - “Zirə” üçün plan
- Şagirdlər arasında “Qızlar Futzal Kuboku” layihəsi keçiriləcək
- Şahruddin Məhəmmədəliyev: "Azarkeşlərin milli komandanın oyunlarına gəlməməsi öz günahımızdır" - Müsahibə
0
0