Polad Rzayev ilk beynəlxalq turnirində həlledici mərhələyə vəsiqə qazanıb
15.03.2025 - 16:55

Paralimpiyaçımız Polad Rzayev bu gün Avstriyanın Jerzens şəhərində keçirilən FIS Paradağ xizəyi turnirində rəsmi debüt edib.
Apasport.az xəbər verir ki, LW3 kateqoriyası üzrə mübarizə aparan idmançımız ilkin mərhələni 1:40.19 nəticə ilə uğurla başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.
İlkin mərhələdə çıxış edən 28 paralimpiyaçıdan 17-si əsas mərhələyə yüksələcək.
Yarış 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
0
0