!["Qarabağ" həndbolda da qarşısıalınmazdır](https://ww3.apasport.az/storage/news/2023/november/20/big/655ba65e6f02d655ba65e6f02e1700505182655ba65e6f02b655ba65e6f02c.jpg)
Həndbol üzrə Azərbaycan çempionatında II turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, qadınlardan ibarət “Qarabağ” və “Azəryol” komandaları arasında baş tutan görüşdə rəqibini 30:26 hesabı ilə məğlub edən "Qarabağ" çempionatda üst-üstə ikinci qələbəsini qazanıb.
İlk turda məğlub olan “Kür” bu dəfə “İdman Akademiyası”nı üstələyib - 38:12.
Kişilərdən ibarət “Kür” komandası da turu qalibiyyətlə başa vurub. “Dinamo”nun qonağı olan Mingəçevir təmsilçisi 30 top fərqlə qələbə qazanıb – 50:20. “Qarabağ” isə “İdman Akademiyası” ilə oyunda azarkeşlərini sevindirib - 38:24. “Təhsil” bu dəfə “Bakı” ilə görüşü məğlubiyyətlə bitirməklə pis gedişata davam edib – 16:37.
İki turdan sonra qadınların yarışına 4 xalla “Qarabağ” başçılıq edir. “Azəryol”, “Kür”, “İdman Akademiyası” və “Bakı” hərəyə 2 xalla sonrakı pillələrdə qərarlaşıblar. “Gənclər Birliyi”nin hesabında xal yoxdur.
Hərəyə 4 xalı olan “Kür” və “Qarabağ” kişilərin çempionatında şərikli liderlərdir. “Bakı” və “İdman Akademiyası” 2 xalla 3-4-cü yerlərdədir. “Azəryol”, “Təhsil” və “Dinamo” hələ də xal qazana bilməyiblər.