![Qılıncoynadanımız Paris-2024-ə yollanır!](https://ww3.apasport.az/storage/news/2024/may/29/big/6656435b9f1556656435b9f15617169293716656435b9f1536656435b9f154.jpg)
Azərbaycanlı sablyaçı Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıb.
Apasport.az xəbər verir ki, təmsilçimiz Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) universal lisenziyasını əldə edib.
Anna Avropa çempionatı, Dünya kuboku və Qran-prilərdəki çıxışına görə, bu hüquqa sahib olub. Başta bu barədə sosial şəbəkədə paylaşım edib: “Parisə gedirəm! Buna görə çox sevinirəm. Təsnifat mərhələsindəki zədə üzündən Olimpiadaya lisenziya qazana bilmədikdən sonra bu əla xəbər oldu. Bu qərara görə, FIE dərin təşəkkürümü bildirirəm. Avropa çempionatındakı qələbə, Dünya kuboku və Qran-pridəki çıxışımı nəzərə alsaq, lisenziyaya layiqəm”.
Qeyd edək ki, Azərbaycan yığması Paris-2024 Olimpiadasına 27-ci lisenziyanı qazanıb.
- "Real" Mbappe üçün 500 milyon avro xərcləyəcək
- Ağasəlim Mircavadov: “Onlar nüfuz üçün Millətlər Liqasını qazanmalıdır”
- Aquero: "Ronaldonun əla karyerası olub, ancaq Messi..."
- Çexiya millisinin Azərbaycanla oyunlar üçün heyəti bəlli olub
- Murad Musayev: “Krasnodar" azarkeşlərini sevindirmək üçün əlimdən gələni edəcəyəm”