"Yarış möhtəşəm idi, təəssüratım isə bir o qədər də yox".
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Olimpiya yığmasının triatlonçusu Rostislav Pevtsov deyib.
Bu gün Olimpiya Oyunlarında çıxışını yekunlaşdıran idmançımız çıxışından narazı qalıb: "Burada olmaqdan və çıxış etməkdən şadam, bu idmançılar üçün həmişə üstünlükdür. 3-cü dəfə olimpiadada iştirak etmək əladır. Digər tərəfdən bu gün bəxtim gətirmədi, nəticəmdən narazıyam. İkinci dövrədə təkərim deşildi və onu dəyişmək üçün təkərlərin dəyişimi məntəqəsinə çatmaq üçün çox zaman itirdim. Nəticədə bütün qrupları önə buraxdım. Sonuncu qrupda qərarlaşdım və praktiki olaraq yüksək yerlər uğrunda mübarizə şansımı itirdim. Amma görünən odur ki, bu gün mənim üçün yaxşı günlərdən deyildi".
Qeyd edək ki, Pevtsov Olimpiadanın triatlon yarışını 43-cü pillədə başa vurub.
- Vüsal İsgəndərli vəfat edən komanda yoldaşı barədə: "Şoka salan hadisədir" - Müsahibə
- Kamal Bayramov: “Fərqi yoxdur, qarşımızda "Neftçi"dir, ya başqası, bizə xallar lazımdır”
- “Qalatasaray” “Latsio” ilə heç-heçə etdi
- Sabiq “Liverpul”lu: “O, Zidanın fiziki xüsusiyyətlərinə və texniki bacarığına malikdir”
- Azərbaycan çempionatında VI turun oyunları baş tutacaq