Ruslan Lunevdən Avropa Kubokunda növbəti qızıl medal
12.07.2026 - 18:03
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunev Estoniyanın Männiku şəhərində keçirilən “Lapua” Avropa Kubokunda növbəti uğuruna imza atıb.
Apasport.az xəbər verir ki, təcrübəli atıcı bu dəfə 25 metr standart tapança növündə qızıl medal qazanıb.
Ruslan Lunev yarışda 571 xal toplayaraq bütün rəqiblərini geridə qoyub və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Qeyd edək ki, bu, Lunevin Männikuda keçirilən “Lapua” Avropa Kubokunda qazandığı növbəti qızıl medal olub.
- III MDB Oyunlarında iştirak edəcək daha iki nümayəndə heyəti ölkəmizə gəlib - FOTO
- “Mançester Siti” eyni anda 4 "Jirona"lı ilə maraqlanır
- “Qarabağ” “Qalatasaray”la qarşılaşa bilər: Çempionumuz üçün daha 4 potensial rəqib
- Kapitan “Neftçi”ni tərk edə bilər
- Siyasət Əsgərov: “Bu oyundan qalib ayrılmaq çox önəmli idi”
0
0