“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasına hazırlığını davam etdirir.
Apasport.az xəbər verir ki, komanda heyətini daha bir futzalçı ilə gücləndirib.
Naxçıvan təmsilçisi Serbiya yığmasının müdafiəçisi Marko Prşiçlə 1 illik müqavilə bağlayıb. 33 yaxşlı futzalçının çıxış etdiyi son klub Küveyt “Al Arabi”si olub.
Prşiç “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov yaxşı tanışdır. Onlar Serbiyanın “Ekonomaç” klubunda birgə çıxış ediblər.
Qeyd edək ki, komandan braziliyalılar Kadinyo, Caique Aledes De Oliveyra (hər ikisi “Jetısu” Qazaxıstan), Giovanni Valerio “Torreense” (Portuqaliya) və serb Lazar Milosavljeviçi (“Crnica”, Xorvatiya) transfer edib.
- Minifutbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub - YENİLƏNİB
- Paris-2024: Azərbaycan cüdoçusu Olimpiadanın qızıl medalını qazandı! - YENİLƏNİB
- "Zirə"nin kapitanı zədəsini sağaldıb
- PSJ Neymarın keçidinə razılıq verdi
- Maksim Medvedev: “Favorit onları görürəm, amma İspaniyaya azarkeşlik edəcəyəm”