Atıcılıq üzrə Azərbaycan milli komandasının 2025-ci il üçün ilk heyəti açıqlanıb.
Apasport.az xəbər verir ki, snayperlərimiz ilin ilk sınağına Sloveniyada çıxacaq.
Təmsilçilərimiz Ruse şəhərində təşkil olunacaq 10 m məsafədən atəşaçma üzrə İSSF Qran-prisində mübarizə aparacaqlar. Millimizi yanvarın 7-12-də keçiriləcək yarışda 5 atıcı təmsil edəcək.
Tapança ilə atəş açanlarımız həm fərdi, həm qarışıq komanda yarışlarına qatılacaqlar. Xanna Əliyeva ilə Nigar Nəsirova, Ruslan Lunyovla Vladislav Kalmıkov iki növdə dəqiqliklərini yoxlayacaqlar. Ramiz Xəlilovla Üzeyir Tapdıqlı isə tüfənglə fərdi yarışda çıxış edəcək.
Qeyd edək ki, yarış üçün 20 ölkədən 142 snayper sifariş olunub.
- Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının 30 illik yubileyi qeyd olunub
- "Şəfa"dan növbəti transfer: Son çempion Bakı klubunda
- Uruqvayda yeni baş məşqçi: Dieqo Forlan millidə
- “Zirə”-“İmişli” matçında hesab açılmayıb - YENİLƏNİB
- “Turan Tovuz”dan yeni transfer: Fransız futbolçuyla 2 illik müqavilə