Tofiq Əliyev Çində keçirilən Dünya Oyunlarının tamblinq yarışlarında 2-ci yeri tutaraq gümüş medal qazanıb və Azərbaycanın medal sayını artırıb.
Apasport.az xəbər verir ki, təmsilçimiz 30,500 xal toplayıb və finalda ABŞ-dan olan Keyden Brauna uduzub.
Bürünc medal isə britaniyalı Fred Tiqa qismət olub.
Hazırda Azərbaycan komandasının hesabında 3 gümüş medal var. Dünən karateçi İrina Zaretskaya və akrobatika üzrə duet — Daniyel Abbasov və Murad Rəfiyev də medal qazananlar sırasında olublar.
Qeyd edək ki, avqustun 17-dək davam edəcək Oyunlarda Azərbaycan 6 idman növündə - akrobatika gimnastikası, aerobika gimnastikası, tamblinq, karate, uşu, kikboksinq idman növlərində 14 idmançı (11 kişi, 3 qadın) ilə təmsil olunur.
- ABL: “Neftçi” “Şəki”yə qalib gəlib
- Voyislav Stankoviç: "Roman Qriqorçuk tez-tez toplantı keçirməyi sevir" - MÜSAHİBƏ
- Ramin Quliyev: "Neftçi"də mövsümün gedişindəki uğurlu seriyanı saxlasaydı, fərqli alınardı" - MÜSAHİBƏ
- Argentina millisinin üzvü “Bayer”də - Rəsmi
- Canni de Byazi: “Millinin qapısı hamı üçün açıqdır”