UFC Bakı Gecəsinin ulduzu Camal Hill artıq paytaxtdadır!
15.06.2025 - 16:34
UFC Bakı Gecəsinin ulduzu Camal Hill artıq paytaxtdadır!

21 iyun tarixində Bakı Kristal Zalında keçiriləcək “UFC on Baku: Hill vs. Rountree Jr.” döyüş gecəsinin əsas döyüşçüsü , yarım ağır çəki dərəcəsində keçmiş çempionu Camal Hill artıq Bakıya gəlib.

Apasport.az xəbər verir ki, döyüşçü komandası ilə birlikdə ölkəmizdədir.

UFC-nin Azərbaycan tarixində ilk dəfə keçiriləcək bu möhtəşəm gecəsində çıxış edəcək Hill, azarkeşlərin səbirsizliklə gözlədiyi qarşılaşmaya yüksək motivasiya ilə hazırlaşır.