Mütləq Döyüş Çempionatında (UFC) yüngül çəki dərəcəsi üzrə reytinq cədvəli yenilənib.
Apasport.az xəbər verir ki, Azərbaycanın iki döyüşçüsü ilk “15-lik”dəki mövqeyini qoruyub.
Tofiq Musayev 12-ci, Rafael Fiziyev isə 13-cü pillədə qərarlaşıb. Hər iki idmançının mövqeyində dəyişiklik olmayıb.
Çəki dərəcəsinin çempionu amerikalı Castin Geycidir. İliya Topuriya, Arman Tsarukyan və Çarlz Oliveyra isə əsas titul iddiaçılarıdır.
UFC – yüngül çəki dərəcəsi üzrə “Meta” reytinqi
Çempion: Castin Geyci (ABŞ)
1. İliya Topuriya
2. Arman Tsarukyan
3. Çarlz Oliveyra
4. Maks Hollouey
5. Peddi Pimblett
6. Kuillan Salkilld
7. Tom Nolan
8. Benua Sen-Deni
9. Mateuş Qamrot
10. Maurisio Ruffi
11. Qrant Douson
12. Tofiq Musayev (Azərbaycan)
13. Rafael Fiziyev (Azərbaycan)
14. Renato Moykano
15. Esteban Riboviç
Qeyd edək ki, Azərbaycanın digər yüngül çəkili UFC döyüşçüsü Nazim Sadıxov ilk “15-lik”də yer almayıb.