Yığmamız dünya çempionatına məğlubiyyətlə başladı
04.11.2022 - 10:27
![Yığmamız dünya çempionatına məğlubiyyətlə başladı](https://ww3.apasport.az/storage/news/2022/november/04/big/6364b0d1b40476364b0d1b404816675432496364b0d1b40446364b0d1b4046.jpg)
Həndbol üzrə qadınlardan ibarət milli komandalar arasında dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin oyunları başlanılıb.
Apasport.az saytının məlumatına görə, birinci raunddan mübarizəyə başlayan Azərbaycan yığması noyabrın 3-də Portuqaliya millisinin qonağı olub.
Paredes şəhərinin “Multiusos de Paredes” arenasında keçirilən görüş 32:19 hesabı ilə Portuqaliyanın xeyrinə başa çatıb.
0
0