Atletikada yeni dünya rekordu
03.06.2023 - 01:21
Qadınların atletika yarışlarında 1500 metr məsafəyə qaçışda yeni dünya rekordu müəyyənləşib.
Apasport.az saytı xəbər verir ki, keniyalı idmançı Feyt Kipyeqon 3 dəqiqə 49,11 saniyəlik nəticə göstərib.
Kiypeqon bu uğura Romada keçirilən Brilyant Liqasında nail olub. O, dünyada 3.50,00 göstəricisini yaxşılaşdıran ilk idmançı olub. Bundan əvvəl ən yaxşı nəticə efiopalı Genzebe Diababaya məxsus idi. Adıçəkilən idmançı 2015-ci ildə Monakoda 3.50,07 nəticəyə imza atmışdı.
Qeyd edək ki, Kipyeqon ikiqat Olimpiya və dünya çempionudur.
- Cavid Tağıyev: "Bəlkə də, başqa baş məşqçi olsaydı, Nərimanı..." - Müsahibə
- Rəşad Sadıqov Slovakiyada jurnalistlərlə görüşəcək
- Laurentsiu Regekampf: “Eyni səviyyəni qoruyub saxlamalıyıq”
- Tahir Gözel: “Biz savaşan komandayıq”
- "Neftçi"nin yeni baş məşqçisi: "Azarkeşləri yenidən tribunalara qaytaracağıq"
0
0