Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Mikheil Khergiani Cup 2026" beynəlxalq idman dırmanması turnirində Azərbaycan Alpinizm Federasiyasının idmançıları uğurla çıxış edərək boulderinq növü üzrə final mərhələsinə vəsiqə qazanıblar.
Apasport.az xəbər verir ki, yarışda məşqçi Çingiz Tağızadənin rəhbərliyi altında təmsil olunan Azərbaycan komandasının üzvləri təsnifat mərhələsində uğurlu nəticə göstərərək finala yüksələn ən güclü iştirakçılar sırasında yer alıblar.
Qeyd edək ki, "Mikheil Khergiani Cup" Gürcüstan Alpinizm Federasiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq idman dırmanması turniridir. Yarış boulderinq növü üzrə təşkil olunur və Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Ukrayna və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilir. Turnirin reqlamentinə əsasən, final mərhələsində təsnifat mərhələsinin nəticələrinə görə qadınlar və kişilər arasında ilk səkkiz idmançı mübarizə aparır.
- Azər Həşimov: "Qarabağ"a qarşı oynamaq futbolçular üçün motivasiyadır"
- Dmitri Çelyadnik: "Azərbaycanla matçda onları sevindriməyə çalışacağıq"
- "İnter"dən 50 milyonluq təklif: FUTBOLÇU DA İSTƏYİR
- "O hakimi Həvəskarlar Liqasında da işləməyə qoymaram" - VİDEO
- "Fənərbaxça" Avropa ilə vidalaşdı - YENİLƏNİB