Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib
28.03.2024 - 15:54
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimovanın yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, 33 yaşlı hücumçu İndoneziyanın "Qresik Petrokimya" komandasına keçib.
P.Rəhimova son olaraq Türkiyə təmsilçisi "Karayolları"nın formasını geyinib.
O, daha əvvəl Vyetnam, İtaliya, Cənubi Koreya və Braziliya çempionatlarında da çıxış edib.
- III MDB Oyunlarının yeddinci günü: 8 idman növü üzrə yarışlar keçiriləcək
- Hakimlərimiz Antalyada daha 2 oyun idarə edib
- Elmar Baxşıyev: "Bilirdik ki, bizi ağır oyun gözləyir"
- Şamaxıda keçiriləcək "Milli Mətbuat – 150" minifutbol turnirinin təqdimatı baş tutub - FOTO
- Mahir Emrelinin öncəliyi "Qarabağ" olacaq
0
0