Qəza keçirən idmançı Paris-2024-də iştirak etməyəcək
26.07.2024 - 12:18
![Qəza keçirən idmançı Paris-2024-də iştirak etməyəcək](https://ww3.apasport.az/storage/news/2024/july/26/big/66a357c69fb2166a357c69fb22172198087066a357c69fb1f66a357c69fb20.jpg)
Danimarkalı velosipedçi Solbyörk Minke Anderson Paris-2024 Yay Olimpiya Oyunlarını buraxacaq.
Apasport.az xəbər verir ki, buna futbolçunun xəsarət alması səbəb olub.
Danimarkada evinin yaxınlığında məşq edən zaman velosipedçini avtomobil vurub və körpücük sümüyü zədələnib.
Paris-2024-də Andersonu ikiqat ölkə çempionu Rebekka Kerner əvəzləyəcək.
Qeyd edək ki, Olimpiya Oyunlarında velosiped yarışları iyulun 27-dən avqustun 4-dək keçiriləcək.
0
0