Rassel Niderlandda hamını qabaqladı
21.08.2026 - 20:13
Rassel Niderlandda hamını qabaqladı

Formula 1 üzrə Niderland Qran-prisində sprint yarışının sıralanma turunun qalibi müəyyənləşib.

Apasport.az xəbər verir ki, sıralanma turunda “Mercedes” pilotu Corc Rassel ən yaxşı nəticəni göstərib.

“McLaren”in sürücüsü Lando Norris ikinci, “Ferrari” pilotu Şarl Lekler isə üçüncü olub.

Mövsümün lideri, “Mercedes”in digər sürücüsü Andrea Kimi Antonelli isə beşinci nəticə göstərib.