Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlayıb.
Apasport.az saytının Ər-Riyad şəhərinə ezam olunan əməkdaşı xəbər verir ki, "Al Janadryah"dakı tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürüb.
Açılış mərasimində Azərbaycan bayrağını ağırlıqqaldırma üzrə idmançımız Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyacaqlar.
Xatırladaq ki, turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparır.
Ölkəmiz yarışda 20 növdə 174 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də olacaq.
- ÇL: “Bavariya” “Real”ı, “Arsenal” “Sportinq”i məğlub etdi - YENİLƏNİB
- Şəhriyar Əliyev: "Kəpəz"lə matç çempionatdakı ən ağır oyunlarımızdan biri olacaq" - Müsahibə
- "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun brifinqi olacaq
- Yığmamız dünya reytinqində irəlilədi
- “Payde”nin baş məşqçisi: “Zirə”nin üstün olması ilə razı deyiləm”