27-29 iyun tarixlərində Polşanın Jeşuv şəhərində akrobatika gimnastikası üzrə Dünya kuboku keçirilib.
Apasport.az xəbər verir ki, yarışda Azərbaycan millisi də təmsil olunub.
Turnirdə ölkəmizi kişi cütlüyü - Daniel Abbasov və Murad Rəfiyev, qarışıq cütlük - Sabir Ağayev və Milana Əliyeva, kişi qrupu - Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli, qadın qrupu - Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva təmsil edib.
Qarışıq hərəkətlər proqramı üzrə kişi qrupu - Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli 29.070 xalla, kişi cütlüyü - Daniel Abbasov və Murad Rəfiyev isə 28.730 xalla ikinci yeri tutaraq gümüş medal qazanıblar.
- “Turan Tovuz” – “Sabah” matçının biletləri satışdadır
- Azərbaycan çempionunun bəxtinə Xorvatiya klubu düşdü – “Azərreyl” üçün “Slovan”
- Kişilərdən ibarət basketbol millimiz məğlub olub
- Ayxan Abbasov: "Şübhəli məqamdır, mənə görə ofsayd yox idi"
- Güləşçilərimiz Avropa çempionatında finala vəsiqə qazanıblar