Azərbaycanda Avropa Çempionatı keçiriləcək
02.08.2024 - 19:34
16-19 oktyabr tarixlərində Azərbaycan ilk dəfə olaraq "TeamGym" üzrə Avropa Çempionatına ev sahibliyi edəcək.
Apasport.az xəbər verir ki, 14 ölkənin milli heyətlərinin iştirak edəcəyi çempionat 3 alət üzrə çıxışları əhatə edən komanda yarışıdır.
Milli Gimnastika Arenasında Azərbaycan, Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Norveç və İsveçdən olan idmançılar çıxış edəcək.
Qeyd edək ki, ümumilikdə 500 dünya səviyyəli gimnast öz güclərini sınamaq üçün paytaxt Bakıya səfər edəcək.
- Mariya Stadnik Azərbaycan millisinin böyük məşqçisi təyin olunub
- “Liverpul” qapıçısı ilə yollarını ayırmaq istəyir
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Paris-2024 Yay Paralimpiya Oyunlarında Azərbaycanın bayraqdarları müəyyənləşib
- De Bruyne matçın oyunçusu seçilməsini adı ilə bağladı
0
0