Bakıda gimnastika üzrə beynəlxalq yarış keçiriləcək
27.11.2024 - 11:52
![Bakıda gimnastika üzrə beynəlxalq yarış keçiriləcək](https://ww3.apasport.az/storage/news/2024/november/27/big/6746cb88cc1416746cb88cc14217326928726746cb88cc1376746cb88cc140.jpg)
Azərbaycan Gimnastika Federasiyası 2025-ci ilin fevral ayında beynəlxalq yarışlar mövsümünə start verəcək.
Apasport.az xəbər verir ki, ölkəmizdə təşkil ediləcək ilk yarış fevralın 22-23-də batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku olacaq.
Milli Gimnastika Arenasında keçiriləcək yarışda 26 ölkədən idmançılar fərdi və sinxron proqramlar üzrə qələbə uğrunda mübarizə aparacaqlar.
0
0