Batut gimnastikası üzrə Bakı birinciliyi keçiriləcək
07.02.2025 - 20:54
![Batut gimnastikası üzrə Bakı birinciliyi keçiriləcək](https://ww3.apasport.az/storage/news/2025/february/07/big/67a63ad2b949867a63ad2b9499173894728267a63ad2b949667a63ad2b9497.jpeg)
Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə yeni mövsümdə ilk yarışa start veriləcək.
Apasport.az xəbər verir ki, batut gimnastikası üzrə 9-cu, tamblinq üzrə 21-ci ölkə çempionatı və Bakı birinciliyi keçiriləcək.
Fevral 14-15-də təşkil olunacaq yarışlarda idmançılar müxtəlif yaş kateqoriyaları üzrə birincilik uğrunda mübarizə aparacaqlar. Tamblinq üzrə yarışda qaliblər təsnifat mərhələsində 2 çıxışın cəminə əsasən müəyyənləşəcək.
Qeyd edək ki, birinciliklər Milli Gimnastika Arenasının köməkçi zalında keçiriləcək.
- Saşa Yunisoğlu: "Yalnız “Qəbələ”nin elitaya yüksəlmək üçün lazımi şəraiti var"
- Kvirkveliya: “Sevgilimlə burada vaxtımızı əyləncəli keçirmək üçün çoxlu restoran var” - VİDEO
- Qurban Qurbanovla Viktor Qonçarenkonun FƏRQİ
- Slovakiya millisinin məşqçisi: "Bakıda bizi çətin oyun gözləyir"
- “Futbolçu olmaq üçün 15 yaşımda evdən qaçdım” - ULDUZLAR
0
0